Azərbaycanın daha bir şahmatçısı - Gülnar Məmmədova Gürcüstanın Batumi şəhərində təşkil olunan Dünya Kubokunun 1/32 final mərhələsinə yüksəlib.

Offsideplus.az xəbər verir ki, xanım idmançımız Avstraliya təmsilçisi Yunşan Lini tay-breykdə üstələyib - 2,5:1,5.

Digər şahmatçımız Gövhər Beydullayeva isə iranlı Anahita Zahedifara 3,5:4,5 hesabı ilə uduzub.

Xatırladaq ki, Dünya Kubokuna ümumilikdə 4 şahmatçımız qatılmışdı. Gülnar Məmmədovadan başqa Ülviyyə Fətullayeva da 1/32 finala vəsiqə əldə edib. Xanım Balacayeva isə elə ilk mərhələdə mübarizəni dayandırıb.