RU

Hərbi əməliyyat zamanı şəhid olan əsgər dəfn edilib

Pençe-Kilit əməliyyatında şəhid olan əsgər Bitlisdə dəfn edilib.

News365.az xəbər verir ki, İraqın şimalında həyata keçirilən “Pençe-Kilit” əməliyyatı bölgəsində metan qazından zəhərlənərək şəhid olan Piyadə Müqaviləli Ər Celattin Uyanık bu gün doğulduğu Bitlisin Mutki rayonunda son mənzilə yola salınıb.


Türkiyə Silahlı Qüvvələrində 4 ildir xidmət edən şəhid üçün günorta saatlarında vida mərasimi təşkil olunub.


Избранный
44
news365.az

1Источники