RU

Rəhman Hacıyev: “Qarabağ gecəsi” xeyriyyə konsertindən toplanılacaq vəsait İşğal və Zəfər Muzeyi Kompleksinə yönəldiləcək

Bakı, 8 iyul, AZƏRTAC

Artıq beşinci dəfədir ki, “Qarabağ gecəsi” adlı xeyriyyə konserti baş tutur. Ənənə halını alan bu xeyriyyə konsertinin keçirilməsində əsas məqsəd Qarabağın dirçəlişi, orada aparılan bərpa-quruculuq işlərinə dəstək olmaq üçün ianə toplanmasıdır. Odur ki, bu konsertə bilet alan hər kəs işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə aparılan bərpa-quruculuq işlərinə öz dəstəyini göstərir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev söyləyib. O bildirib ki, əvvəlki illərdə keçirilən konsertlərdən toplanılan vəsait işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən müəyyən bərpa işlərinə artıq yönəldilib.

“Bugünkü konsertdən toplanılacaq vəsait Qarabağda İşğal və Zəfər Muzeyi Kompleksinə yönəldiləcək”, - deyə R. Hacıyev əlavə edib. O vurğulayıb ki, ümumilikdə ötən illərdə “Qarabağ gecəsi” xeyriyyə konsertindən 400 mindən artıq vəsait toplanılıb, bu gün də rəqəmin 100 min olacağı gözlənilir.

Избранный
35
3
azertag.az

4Источники