RU

Andrey Nikitin Rusiyanın nəqliyyat naziri oldu

ain.az, Xalq qazeti saytına istinadən bildirir.

Dövlət Dumasının deputatları plenar iclasda Rusiyanın nəqliyyat naziri vəzifəsinə Andrey Nikitinin namizədliyini təsdiqləyiblər. Bu gün səhər saatlarında müvafiq nəqliyyat komitəsi onun namizədliyini təsdiq etməyi tövsiyə edib.

Məlumatı “Kommersant” verib. 

Namizədliyi bir gün əvvəl, iyulun 7-də baş nazir Mixail Mişutin təqdim edib. Qanuna əsasən, bəzi federal nazirlər, o cümlədən Nəqliyyat Nazirliyinin rəhbəri namizədlikləri Dövlət Duması tərəfindən təsdiq edildikdən sonra prezident tərəfindən təyin edilir.

Andrey Nikitinin 45 yaşı var. Fevraldan o, nəqliyyat nazirinin müavini vəzifəsində çalışıb, bundan əvvəl isə Novqorod vilayətinin qubernatoru olub. İyulun 7-də prezident Vladimir Putin onu Nəqliyyat Nazirliyinin rəhbəri vəzifəsini müvəqqəti icra edən təyin edib.

P.ƏMİRCANOVXQ

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
42
1
xalqqazeti.az

2Источники