RU

Boks məşqçiləri ilə görüş keçirilib

Azərbaycan Boks Federasiyasında müxtəlif yaş qrupları üzrə yığmalarda yetirmələri yer alan məşqçilərlə görüş keçirilib.

Apasport.az xəbər verir ki, görüşdə Azərbaycan Boks Federasiyasının İdarə Heyətinin üzvü Rövşən Hüseynov, baş katib Nağı Səfərov, kişilərdən ibarət milli komandanın baş məşqçisi Ravşan Xocayev, böyük məşqçisi Nəriman Abdullayev və gənclərdən ibarət komandanın baş məşqçisi Elbrus Rzayev iştirak ediblər.

İlin ilk 6 ayının yekunları, müxtəlif turnirlərdəki nəticələr və medallarla bağlı müzakirələr aparılıb, hesabatlar dinlənilib. Həmçinin qarşıdakı yarışlar barəsində danışılıb, perspektivlər haqda fikir mübadiləsi aparılıb.

Yekunda çalışdırıcılara lazımı tövsiyələr verilib.

Boksçumuz Dünya Kubokunu bürünc medalla başa vurub

İki boksçumuz Dünya kubokunun yarımfinalında

İdmançımız 24 aylıq diskvalifikasiya edilib

Millimiz Özbəkistanda təlim-məşq toplanışına start verib

Boksçumuz Dünya Kubokunun yarımfinalında

Избранный
57
8
apasport.az

9Источники