RU

İnsanlar öküzlərin hədəfində: İspaniyada festival faciəyə çevrildi

İspaniyanın Pamplona şəhərində hər il keçirilən ənənəvi “San Fermín” öküz qaçışı festivalı zamanı 8 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, Öküzlərin dar küçələrdən buraxıldığı qaçış mərasimində iştirakçılar arasında təhlükəli anlar yaşanıb. Rəsmi məlumata görə, zərərçəkənlərdən bir neçəsi öküz buynuzu zərbəsi, digərləri isə yıxılma və çarpma nəticəsində yaralanıb.

Hazırda xəstəxanada müalicə olunan şəxslərin həyati təhlükəsinin olmadığı bildirilir. pizza

Qeyd edək ki, Pamplona şəhərində keçirilən bu festival həm ölkə daxilində, həm də turistlər arasında böyük maraq doğurur. Lakin bu tip tədbirlər təhlükəsizlik riskləri və heyvan haqları ilə bağlı mübahisələrlə də gündəmdə qalır.

Rəvan Rzazadə


Telegram kanalımız
Избранный
31
1
yenisabah.az

2Источники