RU

"Sumqayıt"ın baş məşqçisi: "Hansısa komandada bir mövsümdən artıq qalmaq çox çətindir"

Müasir futbolda hansısa komandada bir mövsümdən artıq qalmaq çox çətindir.

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın yeni baş məşqçisi Saşa İliç mətbuat konfransında deyib.

O, Rusiyanın "Pari NN" klunundan ayrılması ilə bağlı sualı cavablandırıb:

"Məqsədim Premyer Liqada qalmaq idi və bunu yerinə yetirdim. Amma niyə belə olduğunu bilmədim. "Atromitos"da müəyyən nəticələr əldə etmişdim. Həmçinin Bolqarıstanda da pis nəticə göstərməmişdim. Müasir futbolda bir komandada bir mövsümdən artıq qalmaq çox çətindir".

Qeyd edək ki, "Sumqayıt" ötən gün S.İliçlə 1 illik müqavilə bağlayıb.

Избранный
46
2
report.az

6Источники