RU

“Bank Melli İran” ikinci rübü zərər ilə başa vurub

“Bank Melli İran”ın Bakı filialı 2025-ci ilin ikinci rübünü 3,22 milyon manat xalis mənfəətlə başa vurub.

Valyuta.az xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,18% və ya 212 282.19 manat azalma deməkdir. 2024-ci ilin ilk 6 ayında bankın xalis mənfəəti 3,44 milyon manata bərabər olub.

Bankın cəmi aktivləri 2025-ci ilin ikinci rübündə 123,77 milyon manat olub. Bu, əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,912 manat və ya 7,76% artım deməkdir. 2024-cü ilin eyni dövründə bu göstərici 114,86 milyon manat olub. Hesabat dövründə müştərilərə verilmiş kreditlərin həcmi azalıb. Belə ki, müştərilərə verilmiş kreditlər 1,116 milyon manat olub ki, ötən illə müqayisədə 1,37 milyon  manat və ya 53,37% azalma deməkdir.

Bu ilin  iyul ayının 1-nə bankın öhdəlikləri 71,60 milyon manat təşkil edib. Bu, 2024-cü ilin ilk 6 ayı ilə müqayisədə 1,9% və ya 1,34 milyon manat artım deməkdir. Ötən ilin eyni dövründə bu göstərici 70,35 milyon manat olub.

Bankın cəmi kapitalı da 52,26 milyon manat ilə artım nümayiş etdirib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 16,98% və ya 7,66 milyon manat artım deməkdir. 2024-cü ilin ikinci rübündə filialın cəmi kapitalı 44,68 milyon manat təşkil edib.

Qeyd edək ki, bankın vergidən əvvəlki mənfəəti 3,22 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 6,18% və ya 212 min 282 manat azdır. 2024-cü ilin ilk 6 ayında isə bu göstərici 3,44 milyon manat olub. Bu dövr üzrə mənfəət vergisi isə ödənilməyib. 

Mayya Hüseynova 

Избранный
64
valyuta.az

1Источники