RU

“Dostoyevksi düzgün yanaşma tapmağa yardımçı olur...” Cənubi Koreyalı moda eksperti

Kulis.az saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

“Rus yazıçısı Dostoyevskinin yaradıcılığı humanist dünyagörüşünün formalaşmasına kömək edir və biznes adamına kommersiya işlərində düzgün yanaşma tapmağa yardımçı olur.”

Kulis.az xəbər verir ki, bu fikirləri Cənubi Koreyalı sahibkar, moda eksperti Kim Çon A deyib.

Onun sözlərinə görə, rus yazıçısının kitabları dəyişkən dəb dünyasının parıltılı vitrini arxasında insanlıq başlanğıcını görməyə imkan verir, burada insanları tez-tez yalnız görünüşə görə qiymətləndirirlər.

Cənubi Koreyada Dostoyevskinin “Karamazov qardaşları” əsərinin yeni nəşri işıq üzü görüb. Bu əsərin müasir koreya dilinə tərcüməsini Kim Çon A həyata keçirib.

Qeyd edək ki, o, “Cinayət və cəza”, “Cinlər” və “İdiot” romanlarını da tərcümə edib ki, bu da Cənubi Koreya üçün nadir hal sayılır.

Hande Erçel və Barış Arduçdan yeni film: "Aşkı hatırla"

“Türk Dünyasının Memarları və Bərpaçıları” Simpoziumu keçirilib

Dilarə Əliyeva: "Dua edirik ki, Vüsal..." - Açıqlama

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
22
2
kulis.az

3Источники