“Rusyazıçısı Dostoyevskinin yaradıcılığıhumanist dünyagörüşünün formalaşmasına kömək edirvə biznes adamına kommersiya işlərində düzgün yanaşma tapmağa yardımçı olur.”
Kulis.az xəbər verir ki,bu fikirləri Cənubi Koreyalı sahibkar, moda ekspertiKim Çon A deyib.
Onun sözlərinə görə, rus yazıçısının kitabları dəyişkən dəb dünyasının parıltılı vitrini arxasında insanlıq başlanğıcını görməyə imkan verir, burada insanları tez-tez yalnız görünüşə görə qiymətləndirirlər.
Cənubi Koreyada Dostoyevskinin “Karamazov qardaşları” əsərinin yeni nəşri işıq üzü görüb. Bu əsərin müasir koreya dilinə tərcüməsini Kim Çon A həyata keçirib.
Qeyd edək ki, o,“Cinayət və cəza”, “Cinlər” və “İdiot” romanlarınıda tərcümə edib ki, bu da Cənubi Koreya üçün nadir hal sayılır.