Dağıstanın Maqaramkent rayonunda 100-dən çox insan içməli sudan kütləvi zəhərlənərək xəstəxanaya yerləşdirilib, onların əksəriyyəti uşaqlardır.
Bu barədə TASS-a rayon rəhbəri vəzifəsini icra edən Feyruddin Rəqimxanov bildirib.
"Rospotrebnadzorun respublika departamentinin məlumatına görə, Dağıstanın beş yaşayış məntəqəsinin: Maqaramkent, Kuysun, Gilar, Qaptsax və Verxniy Tagirkent sakinlərində çoxsaylı bağırsaq infeksiyası halları aşkar edilib. Faktla bağlı epidemioloji araşdırmalara başlanılıb. İlkin məlumatlara görə, hallar infeksiyanın su yolu ilə ötürülməsi ilə bağlıdır".
Cavid