RU

Mingəçevir Su Anbarında suyun səviyyəsi stabilləşdi

MİNGƏÇEVİR, 8 iyul. TELEQRAF

Son bir ay ərzində cüzi şəkildə azalma müşahidə olunan Mingəçevir Su Anbarında su səviyyəsi artıq üçüncü gündür ki, dəyişməz qalır. Hazırda anbardakı suyun səviyyəsi 80 metr 47 santimetr təşkil edir və son üç gün ərzində bu göstəricidə nə azalma, nə də artım qeydə alınıb.

Teleqraf-ın yerli bürosunun əldə etdiyi məlumatlara əsasən, təxminən bir ay öncə yağıntılı hava şəraiti fonunda suyun səviyyəsi 81 metr 12 santimetrə qədər yüksəlmişdi. Lakin daha sonra hava temperaturunun artması və yağıntıların kəskin azalması səbəbilə su səviyyəsində gündəlik 1-3 santimetr aralığında enmələr qeydə alınırdı.

Bu tendensiya bu gün də daxil olmaqla, son üç günə qədər davam edib. Hazırda isə anbarda su səviyyəsində sabitlik müşahidə olunur, bu isə hidroloji vəziyyətin müvəqqəti də olsa, tarazlaşdığını göstərir.

Mütəxəssislər yaxın günlərdə hava şəraiti və su axınlarının dinamikasına uyğun olaraq səviyyədə dəyişikliklərin təkrar müşahidə oluna biləcəyini istisna etmirlər.

Избранный
55
teleqraf.com

1Источники