Bakı.Trend:
Yay fəslinin çoxdan daxil olmasına baxmayaraq, bir neçə gündürölkə ərazisində mövsümə uyğun olmayan sərin, küləkli hava şəraitimüşahidə olunur.
Trend-əaçıqlama verən Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutununİqlim şöbəsinin aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoruHəsən Nəbiyevin sözlərinə görə, yay fəslinin sərin keçməsi normalhadisədir:
“Belə hallara həmişə rast gəlinib. Bir məsələni diqqətinizəçatdırmaq istəyirəm ki, iqlimdə normadan meyletmə anlayışı var. Bumeyletmə həm müsbət, həm də mənfi xarakterli ola bilər. Hazırkıhadisədə normadan mənfi meyletmə baş verir. Yəni yay nisbətən sərinkeçir. Normadan müsbət meyletmə baş verdikdə isə ekstremal isti yaymüşahidə edilə bilər”.
Professor bildirib ki, qeyd edilənlər atmosfer prosesləri iləsıx bağlıdır:
“Bu cür dəyişikliklər meridional proseslərin təkrarlanmasınınçoxalması ilə əlaqədardır. Meridional proseslərin çoxalması isəgünəş fəallığının çoxalması ilə sıx bağlıdır. Diqqətinizə çatdırmaqistəyirəm ki, hazırda bəşəriyyət günəşin 25-ci 11 illiksiklindədir. Bu sikl 2019-cu ildən 2030-cu illərə qədər davamedəcək. Apardığımız tədqiqatlar göstərdi ki, günəş fəallığınınartması meridional proseslərin təkrarlanmasını çoxaldır.
Dolu, sel, ildırım hadisələri tez-tez təkrarlanır. Bir neçəgündür ölkədə hava çox sərin keçir. Bunu hamı hiss etdi. Güclükülək əsir, buludlu hava üstünlük təşkil edir. Bunların səbəbişimaldan gələn soyuq hava kütlələrinin əraziyə müdaxiləsidir. Buproses, adətən, 3-4 gün davam edir. Sonra digər proseslərlə əvəzolunur. Burada sual yaranır ki, hansı fəsad yarana bilər? Fəsadlarüçün əsas yoxdur. Əgər yaz olsaydı, deyərdik ki, məhsul azalacaq,çiçəklər yox olacaq. İndi isə yaydır, qısamüddətli sərinləşmələrinsanların həyat tərzinə, səhhətinə müsbət təsir göstərir”.
H.Nəbiyev qeyd edib ki, belə hava şəraitinin nə qədər davametməsi ilə bağlı proqnoz vermək çətindir:
“Ancaq ehtimalı böyükdür. Yayın ümumi fonu istidir, temperaturartmalıdır. Biz subtropik iqlim qurşağında yaşayırıq. Cənubdan bizətropik hava kütlələri daxil olur. Amma şimaldan gələn havakütlələri yenidən daxil ola bilər. Bütün bunların hamısını müəyyənedən atmosferin yuxarı qatlarındakı barik sistemlərin vəziyyətidir.O sistemlər şimaldan gələn soyuq hava kütlələrinin ərazimizə daxilolmasına şərait yaradır. Yəni narahat olmağa heç bir əsas vəehtiyac yoxdur. Hər şey normal qaydası ilə gedir. Bu cür hallarhəmişə olub və ola bilər. Yadıma düşür ki, yayın qızmar günündəKəlbəcər, Laçında qar yağdı. Havada olan anomal hadisələr normadanmeyletmələrlə bağlıdır”.