İran prezidenti Məsud Pezeşkiana qarşı “Səlib yürüşü” başlayıb. Tribunainfo.az xəbər verir ki, müharibədən sonra gözlənilən hücumların intensivləşməsi isə onun ABŞ telekanalına verdiyi müsahibə və orada səsləndirdiyi fikirlərlər bağlıdır.
Qeyd edək ki, Pezeşkian açıqlamasında İranın mövqeyini açıqlamaqla bərabər, bəzi məqamların dövlətlə bağlı olmadığını vurğulayıb. O deyib ki, din xadimlərinin Tramp və Netenyahunun ölümü ilə bağlı fətvası dövlətə aid olan məsələ deyil.
Bundan başqa, Pezeşkian ABŞ-la danışıqların aparılmasına tərəfdar olduğunu, hətta Amerika investisiyasının İrana yatırılmasına etiraz etmədiklərini də bildirib.
Bu açıqlamaya ilk reaksiya parlamentdən gəlib. Mühafizəkarlardan olan deputat Əmir Hüseyn Sabeti İran prezidentinin məşhur amerikalı jurnalist Taker Karlsonla müsahibəsinin “milli birliyə zidd və utancverici” adlandırıb. “Görünür, siz Amerika ilə əvvəlki ağılsız və səmərəsiz danışıqlarınızdan hələ dərs almamısınız. Yenidən aldanmaq istəyirsiz? Hökumətin xarici siyasəti dəyişməsə, parlamentin hökumətə yanaşması da dəyişəcək”.
Bundan başqa, İranın dini lideri Əli Xamineyinin müşaviri Əli Şəriətmədarinin rəhbəri olduğu “Keyhan” qəzeti isə Pezeşkianın “Tramp və digərlərinin öldürülməsi ilə bağlı fətva” ilə əlaqədar dediklərinə görə ittiham edib. Qəzet yazıb ki, həmin fətva dini rəydir və onun icrası da təqlidçiləri üçün vacibdir. “Fətva elmi rəy deyil. Bunu prezident və ya bir başqası ləğv edə bilməz”.
Fərda Uğur