RU

Liftimiz tez-tez sıradan çıxır

Biz Bakı şəhəri, Yeni Yasamal-1, Məhəmməd Xiyabani küçəsi, 7 ünvanında yaşayırıq. Məhəlləmiz Leyla xanım Əliyevanın sayəsində gözəlləşmiş, abad məhəllə olmuşdur. 

Təəssüf ki, binanın 5-ci blokunun sakinləri olaraq lift probleminə görə həyətə düşüb o abad məhəllədə dincələ bilmirik. Xüsusən yaşlı, xəstə sakinlər və uşaqlar liftsizlikdən çox əziyyət çəkirlər. Sovet dövründən qalmış köhnə liftimiz tez-tez xarab olur. Gəlib düzəldirlər, amma sevincimiz uzun çəkmir.  Üstündən çox keçməmiş yenə sıradan çıxır, saatlarla liftdə qaldığımız hallar olur. Bu köhnə liftdən istifadə etməklə hər an həyatımızın təhlükədə olduğunu hiss edirik. 

Dəfələrlə aidiyyəti yerlərə müraciət etmişik, lakin  problemimiz həll olunmur. Sizdən xahiş edirik, bizim səsimizi qəzetiniz vasitəsilə əlaqədar təşkilatlara çatdırın, bəlkə bir kömək edən tapıla.

Bina sakinləri adından

Dilbər MƏMİYEVA, Esmira HÜSEYNOVA, Gülnarə MİRZƏYEVA, Zəkurə QULİYEVA, İbadulla HƏSƏNOV

Избранный
63
azerbaijan-news.az

1Источники