RU

Tramp HƏMAS Qəzzada atəşkəs istəyir

BAKI, 8 iyul. TELEQRAF

HƏMAS Qəzza zolağında atəşkəs əldə etməyə çalışır.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən əvvəl bildirib.

"Bu yaxınlarda HƏMAS-ın İsrail əsgərlərinə hücumu atəşkəsi poza bilərmi" sualına Tramp “yox” cavabını verib.

"Onlar görüşmək istəyirdilər və atəşkəs istəyirlər, ona görə də mən belə düşünmürəm", - Amerika lideri bildirib.

İyulun 2-də ABŞ prezidenti Donald Tramp İsrailin Qəzzada 60 günlük atəşkəs şərtləri ilə razılaşdığını bəyan edib . Onun sözlərinə görə, Ağ Ev rəsmiləri məsələ ilə bağlı ölkə rəhbərliyi ilə “uzun və məhsuldar” görüş keçiriblər.

Избранный
118
50
teleqraf.com

10Источники