Türkiyə çempionatında 2025/26 mövsümünün təqvimi bəlli oldu.
Qeyd edək ki, qardaş ölkədə yeni futbol mövsümü avqustun 8-11-də start götürəcək və ilk dövrəyə dekabrın 19-22-də yekun vurulacaq. İkinci dövrə yanvarın 16-19-da başlayacaq və mövsüm mayın 17-də yekunlaşacaq. Ötən mövsüm superliqada 19 komanda yer aldığından hər həftə biri dincəlirdi. Amma bu dəfə çempionat 18 komandanın iştirakı ilə keçiriləcək.
Püşk elə atılıb ki, avrokuboklarda oynayan klublar 1, 2, 3, 6 və 7-ci turlarda bir-biri ilə qarşılaşmayacaq. Yeni mövsümdə İstanbulu 7 komanda təmsil edəcək. İstanbulda eyni anda 5 komandanın meydan sahibi qismində çıxış etməsinə maksimum iki fərqli həftədə rast gəlinəcək. İstanbul təmsilçiləri bu şəhərdə ardıcıl maksimum 6 oyun keçirəcəklər.
“Eyüpspor” ilə “Kasımpaşa” ev oyunlarını eyni stadionda keçirəcəyindən mövsümboyu eyni həftədə onlardan biri evdə, digəri səfərdə oynayacaq. İlk dövrədə komandalar hansı turda qarşılaşacaqlarsa, ikinci dövrədə də eyni turda, sadəcə, bu dəfə əks meydanda qarşılaşacaqlar. İstanbul nəhənglərindən “Fənərbaxça” mövsümə “Alanyaspor”a qarşı ev oyunu ilə başlayacaq.
“Qalatasaray” ilk turda səfərdə “Qaziantep”lə, “Beşiktaş” isə səfərdə “Kayserispor”la qarşılaşacaq. Antep ötən mövsüm “Qalatasaray” üçün uğurlu məkana çevrilmişdi. Komanda məhz bu şəhərdə “Trabzonspor”u məğlub edərək ölkə kubokunu qazanmışdı. Yeni mövsümün ilk turunda “Cim-Bom” yenə Antepə səfər edəcək. Bu məqamda ilk turun oyunları ilə tanış olaq:
Eyüpspor – Konyaspor, Antalyaspor – Kaısmpaşa, Trabzonspor – Kocaelispor, Samsunspor – Gənclərbirliyi, Fatih Karagümrük – İstanbul BŞ, Qaizantep – Qalatasaray, Fəbərbaxça – Alanyaspor, Çaykur Rizəspor – Göztəpə, Kayserispor – Beşiktaş.
Futbolsevərləri ən çox maraqlandıran məsələ isə prinsipial matçların keçiriləcəyi turlardı.
Maraqlıdı ki, son 3 mövsümdə olduğu kimi, yenə ilk dövrədə “Fənərbaxça” “Qalatasaray”ı qəbul edəcək! Bu oyun 14-cü tura (ikinci dövrədə də 31-ci tura) təsadüf edəcək.
Digər prinsipial qarşılaşmalardan “Fənərbaxça” – “Trabzonspor” oyunu 5-ci turda, “Qalatasaray” – “Beşiktaş” derbisi 8-ci turda, “Beşiktaş” – “Fənərbaxça” derbisi 11-ci turda, “Qalatasaray” – “Trabzonspor” matçı 14-cü turda, “Trabzonspor” – “Beşiktaş” oyunu isə 16-cı turda baş tutacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта