RU

"Şəki Siti"də yeni idarə heyəti və büdcə planı müəyyənləşdi

İyulun 5-i Şəki şəhərində "Şəki Siti" FK Biznes klub üzvlərinin növbəti görüşü keçirilib.

90deqiqe.Az-ın məlumatına görə, görüş zamanı klubun hesabatı dinlənilib, növbəti mövsümlə bağlı büdcə proqnozu və xərclərinə baxılıb. Həmçinin, görüşdə Biznes klub üzvlərdən ibarət İdarə Heyəti yaradılmasına qərar verilib.

Səsvermə yolu ilə ilk il üçün sədr olaraq, millət vəkili Vüqar İskəndərov seçilib.

Görüşün davamında klubun dayanıqlı inkişafının təmin edilməsi ilə bağlı planlar və təkliflər müzakirə olunub.

Избранный
22
50
90deqiqe.az

10Источники