"Neftçi"nin bir neçə gün öncə heyətinə qatdığı İmad Faraj üçün ödədiyi məbləğ məlum olub.
Publika.az xəbər verir ki, "ağ-qaralar" fransalı futbolçunun məxsus olduğu Kiprin "AEK Larnaka" klubuna 700 min avro (təqribən 140000 manat) ödəniş edib. Bu barədə "Transfermarkt" məlumat yayıb.
Qeyd edək ki, paytaxt təmsilçisi 1 milyon transfer dəyəri olan 26 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb.