Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ilk yoxlama oyununa çıxacaq.
QOL.az xəbər verir ki, Ağdam təmsilçisi Ukrayna "Metallist" ilə üz-üzə gələcək.
Oyun Bakı vaxtı ilə saat 19:30-da başlayacaq. "Metallist" yeni mövsümdən Ukrayna Premyer Liqasında çıxış edəcək.
Bakıdakı ilk yoxlama matçında "Zirə"yə 4 cavabsız qolla qalib gələn Qurban Qurbanovun komandası iyulun 11-də “Tvente” ilə iki görüşə çıxacaq. Niderland təmsilçisi ilə oyunlar yerli vaxtla 15:00 və 17:15-də (Bakı vaxtı ilə 17:00 və 19:15-də) start götürəcək.
İyulun 15-də toplanışın son matçında isə "Qarabağ"ın rəqibi “Zalsburq” (Avstriya) olacaq. Görüş yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00-da) başlayacaq.
"Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da yekunlaşacaq.