AZ

Edu Qaspar Premyer Liqada qalır

“Arsenal”ın sabiq idman direktoru Edu Qaspar karyerasını İngiltərədə davam etdirəcək.

90deqiqe.Az-ın məlumatına görə, braziliyalı funksioner “Nottingem Forest”lə əməkdaşlığa başlayıb. Bu barədə klubun mətbuat xidməti rəsmi açıqlama yayıb.

Qaspar yeni komandasında da əvvəlki funksiyalarını yerinə yetirəcək: oyunçu transferləri, heyət planlaşdırması və futbolçuların inkişafına nəzarət.

Edu “Arsenal”da 2019–2024-cü illər aralığında çalışıb və klubun yenidənqurma prosesində əsas fiqurlardan biri olub. Onun rəhbərliyi dövründə “topçular” Premyer Liqada yenidən zirvəyə qayıdış üçün mühüm addımlar atmışdı.

Xatırladaq ki, “Nottingem Forest” baş məşqçi Nunu Eşpiritu Santu ilə ötən mövsümü 7-ci pillədə tamamlayaraq UEFA Konfrans Liqasına vəsiqə qazanıb.

Seçilən
17
5
90deqiqe.az

10Mənbələr