RU

Tramp Qəzzada atəşkəsi elan edə bilər

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp, Dohada İsrail və HƏMASnümayəndələrinin iştirakı ilə keçirilən danışıqların uğurlu olmasıhalında, bazar ertəsi Qəzza zolağında atəşkəs elan edə bilər.

Trend xəbər verirki, bu barədə “The National” nəşri mənbələrə istinadla məlumatyayıb.

Bildirilib ki, HƏMAS hərəkatı 60 günlük atəşkəs, 10 girovun azadedilməsi və 18 qurbanın qalıqlarının təhvil verilməsini nəzərdətutan təklif planına müsbət cavab verib. Bundan iki gün sonra –iyulun 6-da İsrail və HƏMAS arasında dolayı danışıqlar Qətərinpaytaxtı Dohada yenidən başlayıb.

Danışıqlar İsrailin Baş naziri Benyamin Netanyahunun Vaşinqtonasəfərə hazırlaşdığı vaxta təsadüf edir.

“The National” qeyd edir ki, əgər tərəflər razılaşmanın bəzidetallarında mövcud fikir ayrılıqlarını aradan qaldıra bilsələr,Tramp Qəzzada müvəqqəti atəşkəs elan edəcək və HƏMAS-ı silahlarınıyerə qoymağa, bütün girovları azad etməyə çağıracaq.

Избранный
26
30
az.trend.az

10Источники