AZ

İraqda Şəhid Olan Türk Əsgərlərinin Sayı 12-yə Yüksəlib

BAKI,TurkicWorld

İraqda metan qazından zəhərlənərək şəhid olan əsgərlərin sayı 12-yə yüksəlib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) bəyənat yayıb.

“6 iyul 2025-ci il tarixində Pençe-Kilit əməliyyatı bölgəsində 852-ci təpədə separatçı terror təşkilatı üzvlərinin istifadə etdiyi mağarada aparılan axtarış və yoxlama əməliyyatı zamanı metan qazından zərər çəkən daha 4 qəhrəman döyüşçümüz şəhid olub"- deyə nazirlikdən bildirilib.

Türkiyənin Milli Müdafiə naziri Yaşar Gülər yoxlamalar aparmaq və şəhidlərin vida mərasimlərində iştirak etmək üçün Türk Silahlı Qüvvələri (TSK) komandanlığı ilə bölgəyə gedib.

Seçilən
10
3
turkic.world

10Mənbələr