Karlos Alkaras Uimbldonda ardıcıl 18-ci qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, ispaniyalı tennisçi 4-cü turda Andrey Rublyovla qarşılaşıb. O, rusiyalı rəqibini 3:1 hesabı ilə məğlub edib - 6:7 (5), 6:3. 6:4. 6:4.
Son 2 ilin çempionu olan K. Alkaras artıq 3 ildir Uimbldonda məğlubiyyətin nə olduğunu bilmir.
İspaniyalı 1/4 finalda Kemeron Norri ilə qarşılaşacaq. Norri çilili Nikolas Xarrini məğlub edərək bu mərhələyə vəsiqə əldə edib.