RU

Teleqraf-ın işıqlandırdığı məsələ həll edildi: Masallıda meşə massivi zibildən təmizləndi - FOTO

MASALLI, 5 iyul. TELEQRAF

Masallıda “İstisu” istirahət mərkəzinin yaxınlığındakı meşə massivinin turistlər tərəfindən çirkləndirilməsi ilə bağlı Teleqraf-ın daha öncə yaydığı xəbər yerli orqanlar tərəfindən araşdırılıb.

Teleqraf-ın Cənub bürosunun məlumatına görə, məsələ ictimailəşdirildikdən sonra yerli icra nümayəndəliyinin təşəbbüsü ilə ərazidəki zibil tam şəkildə təmizlənib.

Qurum rəsmiləri ziyarətçilərə müraciət edərək, istirahətdən sonra özləri ilə gətirdikləri qida və içki qablarını əraziyə atmamalarını, təbiətin qorunmasına diqqətli yanaşmalarını xahiş ediblər.

Избранный
38
3
teleqraf.com

10Источники