II Dünya müharibəsində itkin düşmüş azərbaycanlı əsgərin qalıqları 82 ildən sonra Rusiyada tapılıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, Lerik rayonunun Hoveri kənd sakini Məmməd Xudaverdiyevin cəsədinin qalıqları Rusiya Federasiyasının Smolensk vilayətində aşkarlanıb.
O, 1942–1943-cü illərdə Qırmızı Ordunun tərkibində döyüşlərdə iştirak edib.
2025-ci ilin fevralında Rusiyanın “Krasnoarmeets” adlı axtarış qrupu Smolensk vilayətinin Duxovşinski rayonu ərazisində apardığı ekspedisiya zamanı bir səngərdə bir-birindən bir metr aralıda yerləşən dörd əsgər cəsədi aşkarlayıb. Tapılan qalıqlardan birinin şəxsiyyəti onunla birlikdə tapılan və üzərində “M.F.Xudaverdiyev” yazılmış metal qaşıq vasitəsilə müəyyən edilib.