RU

Məxfi Materiallar ın musiqisinin müəllifi vəfat etdi

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Dünyaca məşhur “Məxfi Materiallar” teleserialının əsas musiqinin müəllifi Mark Snou 78 yaşında vəfat edib.

Axar.az “Variety” portalına istinadən xəbər verir ki, o, Konnektikutda evində ölüb.

Bildirilir ki, onun elmi-fantastik televiziya şousu üçün ərsəyə gətirdiyi açılış musiqisi 90-cı illərdə gözlənilməz hitə çevrildi.

Snou 15 dəfə Emmi Mükafatına namizəd olub (onlardan altısı "Məxfi Materiallar" filminə görə) və "Məxfi Materiallar" serialının 200-dən çox epizoduna musiqi bəstələyib. O, həmçinin "Smallville", "Ruhlarla danışan", "Onu Nikita adlandırırdılar", "Helter Skelter" və "Mavi Qan" kimi digər layihələr üçün saundtreklər yaradıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
11
25
axar.az

10Источники