"Klon" serialının "Hade"si Covanna Antonelli Azərbaycanla bağlı paylaşım edib.
Far.Az xəbər verir ki, o istirahətdə olduğu Türkiyənin Kapadokiya bölgəsində azərbaycanlı bloger Arifə Məmmədova ilə bir araya gəlib.
Arifə Covanna ilə birlikdə serialdakı məşhur mahnıya video çəkiblər.
Bloger həmin görüntüləri sosial şəbəkədə paylaşıb. Covanna isə bu görüntüləri şəxsi instaqram hesabında yayıb. .
O, görüntüyə "Azərbaycan, səni sevirəm" şərhini yazıb.