Bakı. Trend:
İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) nəqliyyat, enerji, ticarətvə ətraf mühit sahələrində əməkdaşlıq üçün effektiv platformarolunu oynayır.
Trend xəbər verirki, bu barədə MÜSİAD Azərbaycan ictimai birliyinin rəhbəri RəşadCabirli bildirib.
"1985-ci ildə İran, Türkiyə və Pakistan tərəfindən təsis olunanECO 1992-ci ildən sonra Azərbaycan da daxil olmaqla postsovetməkanından altı yeni üzv ölkəni sıralarına qataraq genişləndi. Bugün təşkilat 10 üzvü ilə nəqliyyat, enerji, ticarət və ətraf mühitsahələrində əməkdaşlıq üçün effektiv platforma rolunu oynayır" -deyə o bildirib.
R.Cabirli həmçinin vurğulayıb ki, ECO-nun Xankəndi şəhərindəkeçirilən 17-ci Zirvə Toplantısı yeni siyasi və hüquqi reallıqlarınqəbul olunması baxımından mühüm əhəmiyyət daşıyır:
"3-4 iyul 2025-ci il tarixlərində Azərbaycanın Xankəndi şəhəriİqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə Toplantısına evsahibliyi edərək, regional tarixdə mühüm dönüş nöqtəsinə çevrildi.Bu tədbir həm iqtisadi tərəfdaşlıq baxımından, həm də bölgədəyaranmış yeni siyasi və hüquqi reallıqların qəbul olunmasıbaxımından mühüm əhəmiyyət daşıyır."
Bununla yanaşı, o bildirib ki, təşkilatın əsas məqsədi regiondaxilində iqtisadi inteqrasiyanı gücləndirmək, dayanıqlı inkişafıtəşviq etmək və ticarət yollarını daha səmərəli halagətirməkdir.
Rəşad Cabirli, həmçinin Xankəndi şəhərinin bu toplantıdakırolunu xüsusi vurğulayıb.
"Zirvənin məhz Xankəndidə keçirilməsi təsadüfi deyil. Bu şəhər,yaxın keçmişdə münaqişə və böhranla yadda qalsa da, bu gün artıqbərpa, inkişaf və beynəlxalq əməkdaşlığın simvolu kimi çıxış edir.Azərbaycanın təşəbbüsü ilə burada keçirilən toplantı, həm ölkəninartan regional rolunu göstərir, həm də Qarabağ bölgəsinin regionalinteqrasiyaya açıq və aktiv tərəf olduğunu sübut edir" - deyə, oqeyd edib.
Son olaraq o, bu toplantının dayanıqlı iqtisadi modelinformalaşdığı strateji başlanğıc nöqtəsi olduğunu bəyan edib.
"Xankəndidə keçirilən bu zirvə, yalnız yeni qərarların müzakirəedildiyi diplomatik platforma deyil, eyni zamanda dayanıqlıiqtisadi modelin formalaşdığı strateji başlanğıc nöqtəsidir.
Qarabağ bu gün artıq yalnız sülh simvolu deyil – o, bütün ECOregionu üçün iqtisadi tərəfdaşlıq, innovasiya və inteqrasiyanınmərkəzinə çevrilməkdədir. Xəritənin bu yeni mərhələsi Xankəndidənbaşlayır.
Yolumuz və bəxtimiz açıq olsun !" - deyə, o yekunlaşdırıb.