RU

Türkiyə prezidenti Xankəndinin inkişafını yüksək qiymətləndirdi

ain.az, Oxu.az portalına istinadən məlumat verir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Televiziyasına (AzTV) müsahibə verib.

Oxu.Az xəbər verir ki, R.T.Ərdoğan Xankəndi şəhərinin gələcəkdə daha da inkişaf edəcəyini vurğulayıb.

Türkiyə prezidenti Xankəndi şəhərinin iqtisadi əməkdaşlıq və strateji görüşlər üçün ideal bir mərkəzə çevrildiyini qeyd edərək, bu istiqamətdə atılan ilk addımın bugünkü iqtisadi toplantı ilə başlandığını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyev və onun rəhbərliyi altında həyata keçirilən infrastruktur layihələrini yüksək qiymətləndirib.

"Fuzulidən Xankəndiyə qədər olan hər şey, həqiqətən də, çox gözəl və örnək olan layihələrdir. Qardaşım İlham Əliyev bütün bu yatırımlarla Xankəndini inkişaf etdirir. Bununla bağlı ona təbriklərimi çatdırıram", - deyə Türkiyə prezidenti əlavə edib.

Türkiyə prezidenti Xankəndinin inkişafını yüksək qiymətləndirdi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
30
50
oxu.az

10Источники