AZ

Xankəndi zirvəsi ECO-nun beynəlxalq aləmdə nüfuzunun artmasına təkan oldu

İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci zirvə görüşünün Xankəndidə keçirilməsi Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqların növbəti dəfə dünyaya təqdimatı idi. Azad olunmuş ərazilərin bərpası, regionun ən inkişaf etmiş bölgələrindən birinə çevrilməsi burada təşkil olunan beynəlxalq tədbirlər vasitəsilə daha effektiv təqdim olunur. 

Azərbaycan 1992-ci ildən ECO-nun üzvüdür. 2020-ci ilə qədər ölkəmiz bu platformadan işğala məruz qalan tərəf kimi reallıqları dünya ictimaiyyətinə çatdırırdı. Lakin son 5 ildə bütün beynəlxalq tədbirlərdə olduğu kimi ECO toplantılarında da Azərbaycan qalib ölkə kimi təmsil olunur. Cənab Prezident 17-ci zirvə toplantısındakı çıxışında da əsas diqqəti işğaldan azad edilmiş bütün Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinə yönəltdi. Bir daha bəyan olundu ki, 

işğal dövründə Ermənistan şəhər və kəndlərimizi, mədəni və dini abidələrimizi yer üzündən silib. İslam dəyərləri məqsədli şəkildə təhqir olunub.
İşğal nəticəsində Azərbaycana 150 milyard ABŞ dolları məbləğində zərər dəyib. Lakin son 5 ildir regionda yeni inkişaf dövrü başlayıb.
Mina problemi, Qərbi Azərbaycandan olan soydaşlarımızın qayıdış hüququ ECO zirvəsində də gündəmə gəldi. 

Bu zirvə görüşü təşkilatın beynəlxalq aləmdə nüfuzunun daha da artmasına təkan oldu. Azərbaycanın sədrliyi və ev sahibliyi ilə keçirilən sammitdə 
iqtisadi, sosial və siyasi məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Üzv ölkələr bir daha regional maraqlara uyğun, çoxtərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərini nəzərdən keçirdilər, aktual beynəlxalq və regional problemlər ətrafında fikir mübadiləsi aparıldı. Yaşıl dəhlizlər, enerji və iqlim təhlükəsizliyi, rəqəmsal transformasiya,  mövcud geosiyasi şəraitdə nəqliyyat sahəsində əməkdaşlıq perspektivləri geniş müzakirə olundu. İnvestisiya əməkdaşlığının yeni səviyyəyə çatdırılması, daha şəffaf və cəlbedici investisiya mühitinin yaradılmasının vacibliyi vurğulandı. Dövlət başçımız həmçinin ölkəmizdə əlverişli investisiya mühitinin mövcud olduğunu diqqətə çatdırdı.

Xankəndi toplantısında ECO-ya üzv ölkələr arasında əməkdaşlıq yeni səviyyəyə qaldırıldı.

Könül Nurullayev,
Milli Məclisin deputatı

Seçilən
22
28
ikisahil.az

10Mənbələr