Ölkə üzrə 4246 təhsil müəssisəsi Azərbaycan Təhsil Şəbəkəsinə (ATŞ) və internetə çıxışla təmin edilib.
Redaktor.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin yaydığı 2024-2025-ci tədris ilinə dair hesabatda qeyd olunub.
Bildirilib ki, bunlardan 2463 optik (1743 FO və 720 GPON), 1498 simsiz və 285 ADSL rabitə kanalı vasitəsi ilə çıxışla təmin edilib.