AZ

Ekspert: “Bu addım təhsildə bərabərliyi təmin edəcək”

Elm və təhsil naziri Emin Əmrullayev 2024-2025-ci tədris ili üzrə Respublika Fənn Olimpiadaları qaliblərinin mükafatlandırılma mərasimində deyib ki, artıq ölkə üzrə 30-dan çox lisey və gimnaziya fəaliyyət göstərir və bu say artmaqdadır. Xüsusilə bölgələrdə yeni liseylərin yaradılması planlaşdırılır. 

Təhsil eksperti Qoşqar Məhərrəmov Demokrat.az-a açıqlamasında deyib ki, ilk növbədə, bölgələrdə liseylərin açılması regionlarda yaşayan şagirdlərin keyfiyyətli təhsilə çıxış imkanlarını artıracaq:

“Hazırda yüksək səviyyəli təhsil əsasən paytaxt və iri şəhərlərdə cəmləşdiyindən, bu bölgələrdə yaşayan istedadlı uşaqlar çox zaman imkanlarını tam reallaşdıra bilmirlər. Yeni liseylər isə bu boşluğu doldurmaqla sosial bərabərliyə və təhsildə ədalətə töhfə verəcək. 

Eyni zamanda, liseylər istedadlı şagirdlərin üzə çıxarılması və onların inkişaf etdirilməsi baxımından xüsusi rol oynayır. Bu tip təhsil müəssisələrində dərs proqramları dərinləşdirilmiş, müəllim heyəti isə daha təcrübəli olur. 

Belə mühit istedadlı gənclərin daha erkən yaşlardan elmi və texnoloji istiqamətlərə yönəlməsinə şərait yaradır. Bölgələrdə yeni liseylərin yaradılması Azərbaycanın təhsil strategiyasının regional inkişafı dəstəkləyən vacib elementidir. Bu addım həm təhsildə bərabərliyi təmin edəcək, həm də gələcəyin savadlı gənclərinin formalaşmasına xidmət edəcək”.


Leyla Turan
Demokrat.az
Seçilən
19
50
demokrat.az

10Mənbələr