“Məxfi materiallar” (X-Files) və “Smallville” seriallarının musiqisini yazan məşhur bəstəkar Mark Snou 78 yaşında dünyasını dəyişib.
AzPost bildirir ki, Snou bu gün Konnektikutdakı evində vəfat edib. Onun ölüm səbəbi hələ açıqlanmayıb.
15 dəfə “Emmi” müküfatı namizədi bəstəkar 1990-cı illərdə böyük hitə çevrilən X-Files serialı üçün yazdığı mahnı şöhrət qazandı. Snou həmçinin “Smallville”, “Hart to Hart”,Ghost Whisperer və Blue Bloods filmlərinə musiqi yazıb.