Ukrayna və ABŞ prezidentləri arasında telefon danışığı zamanı Donald Tramp Kiyevə hərbi yardımın həqiqətən dayandırılıb-dayandırılmadığını öyrənməyə söz verib.
ONN media xəbər verir ki, bu barədə məlumatlı mənbələrə istinadən “Axios” məlumat yayıb.
Adı açıqlanmayan ukraynalı rəsmi və söhbətdən xəbəri olan digər mənbə jurnalistlərə bildirib ki, Tramp Rusiyanın Ukraynaya son hücumlarından xəbərdardır və ona kömək etmək istəyini ifadə edib.
“Tramp hava hücumundan müdafiə ilə bağlı yardım etmək istədiyini və əgər bir şey varsa, nəyin dayandırıldığını araşdıracağını söylədi”, - mənbə vurğulayıb.
Qeyd edək ki, Pentaqon bəzi zenit raketlərinin və digər yüksək dəqiqlikli sursatların Ukraynaya tədarükünü dayandırıb.