RU

"Toyota Corolla" yolun kənarına aşdı: Bir ailənin 3 üzvü xəsarət aldı - FOTO

Cəlilabadda yol qəzası olub.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Yeni Ələt–Astara magistralının Cəlilabad rayonuna giriş hissəsində baş verib.

Belə ki, Astara istiqamətində hərəkətdə olan "Toyota Corolla" markalı avtomobilin sürücüsü idarəetməni qəfil itirib. Nəticədə avtomobil yol kənarındakı mühafizə səddini aşaraq yolun kənarına aşıb.

Hadisə nəticəsində avtomobildə olan 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və təcili tibbi yardım vasitəsilə xəstəxanaya çatdırılıb. Onların kimliyi müəyyənləşib.

Избранный
10
50
publika.az

10Источники