AZ

Avtomobil atı vurdu – Xəsarət alanlar var

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza Bakı–Qazax magistral yolunun Tovuz rayonundan keçən hissəsində qeydə alınıb.

Belə ki, “KIA” markalı minik avtomobilinin qarşısına hərəkətdə olan zaman qəfildən at çıxıb.

Nəticədə nəqliyyat vasitəsi atı vurub, heyvan hadisə yerində tələf olub.

Avtomobildə olan bir neçə nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Seçilən
3
50
heftelik.az

10Mənbələr