Bakı, 4 iyul, AZƏRTAC
Yeni mövsümdə Azərbaycan Premyer Liqasında çıxış edəcək "İmişli" klubu heyətinə yeni futbolçu qatıb.
AZƏRTAC xəbər verir ki, bölgə təmsilçisi "Neftçi"dən ayrılan Azər Salahlını transfer edib.
Müdafiəçi ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.