AZ

Azər Salahlı “İmişli”də - Rəsmi

Bu yay “Neftçi”dən ayrılmış müdafiəçi Azər Salahlı bundan sonra Premyer Liqanın yeni iştirakçısı “İmişli”nin formasını geyinəcək.

Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun mətbuat xidməti məlumat yayıb.

Tərəflər 1 illik müqaviləyə imza atıblar. Azər 2025/2026-cı illər mövsümünün sonunadək “İmişli”nin formasını geyinəcək.

Xatırladaq ki, Azər Salahlı 2022-ci ildən “Neftçi”də çıxış edirdi. O, paytaxt klubunun heyətində 102 oyuna çıxıb, 3 qol və 4 assistlə yadda qalıb.

Salahlı daha öncə “Şamaxı”, “Sumqayıt” və “Qarabağ”da da forma geyinib.

Azərbaycanın U-21 yığmasında da oynamış Azər 2020-ci ildə əsas millimizdə debüt edib. O, Azərbaycan yığmasında 24 oyuna çıxıb, 1 qol və 1 assistlə yadda qalıb.

Xatırladaq ki, bu, “İmişli”nin Premyer Liqaya hazırlıq çərçivəsində ilk rəsmi transferidir. Əyalət klubu buna qədər Xəlil Bəşirov, Firəddin Abdullayev, Elməddin Sultanov, Tolqar Yaqubov, Nəbi Məmmədov, Timilehin Oluvaseun, Fazil Həsənzadə, Seyxan Fərəcov, Gilyerme Silva, Pablo Henrike və Xəyal Tomarovla yollarını ayırdığını açıqlamışdı.

Seçilən
9
4
arena.az

10Mənbələr