RU

“Dar küçələr” milyonların qəlbinə toxunacaq,yeni ümidlər yaradacaq…

Qardaş ölkələr olan Azərbaycan və Türkiyə mədəni əlaqələrini yalnız tarix və dil ilə deyil,sənət və kino sahəsində də uğurla davam etdirir. Bu dostluğun daha bir gözəl nümunəsi Türkiyənin tanınmış “Devin Film”MMC şirkətinin Azərbaycanda reallişdıracağı “Dar Kücələr” adlı ortaq film lahiyəsidir. Dram və kriminal janrında cəkiləcək bu film,təkcə maraqlı süjet xətti ilə deyil,həm də gənc istedadlara veriləcək imkanlarla diqqət cəkir.

Layihənin məqsədi,iki ölkə arasında kino körpüsünü daha da möhkəmləndirmək və əsasən azərbaycandan olan məşhur aktyorlar və rejissorlar yaradıcı heyyət ücün yeni imkanlar yaratmaqdır. Hazırladığımız bu müsahibədə layihənin ideya müəllifindən tutmuş,çəkiliş planlarına,aktyor seçimlərinə və gələcək planlara qədər bir çox vacib məqamlara aydınlıq gətirilir.

-Xoş gördük Atilla bəy! Zəhmət olmasa özünüz haqqında oxucularımıza məlumat verəsiniz!

-Mən Atila Uysal Türkiyənin İstambul şəhərində yaşayıram evliyəm üc övlad sahibiyəm “Devin Film”MMC şirkətinin direktoruyam. -Cox gözəl Atila bəy sizinlə tanışlığımıza şad oldüq.Sualim belədir:Devin Film şirkəti nə vaxt yaradılıb və məqsədləri nələrdi -Şirkətimiz 2024 -cü il iyul ayı tarixində Bakida yaradılıb.Əsas məqsədimiz yüksək keyfiyyətli bədii və sənədli filmlər istehsal etmək,həmcinin gənc istedadlara dəstək olmaqdır. -“Dar kücələr” lahiyəsinin ideyası haradan doğdu?Filmin mövzusu nəyə əsaslanır?Atıla bəy. he-Layihənin ideyası real həyatdan ilham alıb.Bu cəmiyyətin qaranlıq kücələrində baş verən dramatik hadisələr və onların insanlara təsirindən bəhs edən kayədir. – Aydındır.Bir sualda verim.Filmin cəkilişi ücün Azərbaycanı seçməyinizin xüsusi səbəbi varmı? -Bəli azərbaycan Mədəniyyəti,insanları və təbiəti bizim ücün cox dəyərlidi.Filmin bir necə bölümü Azərbaycanın 44 günlük Vətən Uğrunda gedən müharibədən də bəhs edəcək.Bu layihə ilə həm də ortaq tarıxımızı,dostluğumuzu da vurğulamaq istəyirik. -Cox gözəl planlardı.Atila bəy cəkilişlər nə vaxt başlayacaq və hansı bölgələrdə aparılacaq? -Artıq Sevinc xanım “Dar kücələr”filminin dörd bölümü hazırdır.Yaxın aylarda “Xəzər” Televiziya kanalında yayımlanacaq.Hələlik cəkilişlər Bakida və Baki ətrafı ərazidə gedəcəkdir.Gələcək planımızda isə bir necə bölgə nəzərdə tutulub.

-Film heyyətində Türkiyə və Azərbaycan aktyorları olacaqmı?Aktyor secimi necə aparılır?

-Bəli,hələki Azərbaycanın tanınmış və yeni başlamış aktyorları iştirak edəcək.Əyər ehtiyac olarsa təbii ki, Türkiyədəndə aktyorlar dəvət olunacaq. Seçimlər professional kastinq yolu ilə aparılır.

-Film hansı janrdadır və tamaşacılara nə kimi mesajlar ötürmək istəyirsiniz?

-Film drama və kriminal janrdadir.Məqsədimiz insanları düşünməyə sövq etmək,cəmiyyətin problemlərinə işıq salmaqdır.

-Gələcəkdə bu cür ortaq lahiyələr davamı planlaşdırılırmı?İki ölkənin kino sənayesi arasında bu əməkdaşlıq nə kimi töhvələr verəcək?

-Əlbəttə, bu layihə ilk addımdır.Bilik və təcrübə mübadiləsi,yeni istedadların üzə cıxması və mədəni körpünün daha da möhkəmlənməsi əsas hədəfimizdir.

-Bəli, Atila bəy cox geniş bir cavabdır. Film harada nümayiş olunacaq?

-Film öncə Xəzər televiziyasında sonra isə rəqəmsal platformalarda yayımlanacaq.

-Aktyorlar üçün təlim və kurslar təşkil olunacaqmı?

-Bəli,seçilən şəxslər ücün xüsusi təlim proqramları mövcuddur.

-Azərbaycan aktyorlarına xüsusi üstünlük veriləcəkmi?

-Bəli,bu layihə əsasən yerli istedadların üzə cıxmasına yönəlib.

Atila bəy aktyorluq bacarığı olmayan,amma potensialı olan şəxslər üçün ayrıca məşq və seçim nəzərdə tutulurmu?

-Təbii. Yeni simalara hər zaman yer var. Onlara xüsusi mentorluq və təlimlər veriləcək.

-Son olaraq tamaşaçılara nə demək istərdiniz ? Və ya tövsiyyələriniz varmı?

-Təşəkkür edirəm sizə vaxt ayırıb bizə təşrif buyurduğunuz üçün. Ən önəmlisi,özünüzə inanın və özünüzü inkişaf etdirin.İstedad varsa,gec-tez parlayacaq.  Bu layihə təkcə bir film deyil,hər iki xalqın mədəni yaxınlığının yeni simvoludur. “Dar küçələr” filmi bəlkə də milyonların qəlbinə toxunacaq, yeni ümidlər yaradacaq…

image-85697e68-c9e2-4e4c-8dcf-a2c3ef9e3e50

image-a5ed72b0-ed76-4f6b-a079-cc495e0467fd

Избранный
72
busaat.az

1Источники