RU

Pakistan 30-dan çox silahlını məhv edib

Ajans.az dw.com-a istinadən xəbər verir ki, Pakistan ordusu son üç gündə Əfqanıstanla sərhəddə yerləşən şimaldakı Vəziristan bölgəsində 30-dan çox silahlını məhv etdiyini bildirib. Ordunun məlumatına görə, məhv edilənlər Pakistan Talibana və ya onunla əlaqəli qruplara mənsub olub. Qeyd edək ki, ötən həftə eyni bölgədə Pakistan Talibanı tərəfindən törədilən intihar hücumunda 16 Pakistan əsgəri həlak olmuşdu. Pakistan bu hadisə ilə bağlı nə deyib?
Cümə günü Pakistanın Baş naziri Şahbaz Şərif təhlükəsizlik qüvvələrinin "sızma cəhdini boşa çıxarmasını" yüksək qiymətləndirib. Baş nazirin ofisindən yayılan bəyanatda deyilir:
“Təhlükəsizlik qüvvələri yüksək peşəkarlıq, ayıqlıq və hazırlıq nümayiş etdirərək mümkün fəlakətin qarşısını alıblar.”

Açıqlamada həmçinin böyük miqdarda silah, sursat və partlayıcı maddələrin də ələ keçirildiyi bildirilib.

Избранный
4
50
Ajans.az

10Источники