AZ

Pezeşkianı Azərbaycana səfərdən çəkindirməyə çalışıblar

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian Azərbaycana səfəri ilə bağlı maraqlı açıqlama verib.

Operativ Media xəbər verir ki, səfər ərəfəsində onu bu addımdan çəkindirməyə çalışanlar olub.

“Mənə deyirdilər ki, sənin səfərin təhlükələrlə müşahidə oluna bilər. Amma gördüyünüz kimi, problemsiz gedib, problemsiz də qayıtdım,” – deyə Pezeşkian Azərbaycana səfərdən qayıtdıqdan sonra bildirib.

İran Prezidenti səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevlə dostluq şəraitində keçən görüş keçirdiyini vurğulayıb.

O, həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla konstruktiv dialoq apardıqlarını, Pakistanın Baş naziri ilə isə iki ölkə arasında münasibətləri müzakirə etdiklərini qeyd edib.

Seçilən
29
39
operativmedia.az

10Mənbələr