Türkiyənin 2023-cü il üçün ən varlı ailələri açıqlanıb. Yeniavaz.com xəbər verir ki, “Economist” jurnalı bunu “Ən varlı 100” araşdırması çərçivəində elan edib. Araşdırmaya görə, Koç ailəsi 6 milyard dollarlıq sərvəti ilə birinci, Şevket Sabancı və ailəsi (Esas Holdinq) 5-6 milyard dollarlıq sərvəti ilə ikinci, Erol Sabancı və ailəsi isə (Sabancı Holdinq) 4-5 milyard dollarlıq sərvəti ilə üçüncü yerdə qərarlaşıb. Siyahıdakı ilk 10 ailəni və onların sərvətlərini təqdim edirik: 1. Koç ailəsi (Koç Holdinq): 6 milyard dollar 2. Şevket Sabancı və ailəsi (Esas Holdinq): 5-6 milyard dollar 3. Erol Sabancı və ailəsi (Sabancı Holdinq): 4-5 milyard dollar 4. Türkan Sabancı və ailəsi (S. Sabancı Holdinq): 4-5 milyard dollar 5. Tara ailəsi (Enka Holding): 3-4 milyard dollar 6. Ezcacıbaşı ailəsi (Ezcacıbaşı Holdinq): 3-4 milyard dollar 7. Hüsnü Özyeğin (Fiba Holdinq): 3-4 milyard dollar 8. Murat Ülker (Kökler Holding): 2,5-3 milyard dollar 9. Özokur ailəsi (Üs Holdinq): 2,5-3 milyard dollar 10. Erdemoğlu ailəsi (Erdemoğlu Holdinq): 2,5-3 milyard dollar.