RU

Çin elan etdi: Rusiya müharibədə məğlub olsa...

ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Çin xarici işlər naziri Van Yinin Avropa Birliyi ölkələrinə səfəri davam edir. Çinli diplomat səfərə AB-nin paytaxtı Brüsseldən başlayıb. O, Fransa və Almaniyada da görüşlər keçirəcək. Tərəflər arasında müzakirə olunacaq xeyli mövzu var. Pekin Brüssellə iqtisadi əməkdaşlığı genişləndirməyə çalışır. Halbuki Vaşinqton kimi Brüssel də Çin məhsullarının Avropa bazarlarında hökmranlığından narahatdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, Van Yinin Avropa ölkələri paytaxtlarında müzakirə etdiyi digər mövzu Rusiya-Ukrayna müharibəsidir:

“Avropa ölkələri müharibənin dayandırılması üçün Pekinin Kremlə təsir etməsini istəyir. Pekinin Kremlə təsir imkanları olsa da, Çin müharibəni dayandırmaq üçün diplomatik fəallıq nümayiş etdirmir, əksinə, Van Yi AB-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasla görüşündə deyib ki, Çin Rusiyanın Ukrayna müharibəsində məğlub olmağını istəmir. Çinli diplomat bunu belə izah edib ki, Rusiya müharibədə məğlub olacağı təqdirdə ABŞ-ın bütün diqqəti Çinə yönələcək. Belə çıxır ki, Vainqtonun diqqəti nə qədər Rusiya-Ukrayna müharibəsi üzərində köklənsə, bu, bir o qədər Çinin maraqlarına xidmət edəcək. Buna baxmayaraq, Van Yi Çinin Rusiyanı maddi-texniki baxımdan dəstəkləmədiyini vurğulayıb. Onun sözlərinə görə, əgər Çin Rusiyaya hərbi sahədə dəstək versəydi, Rusiya çoxdan müharibədə qalib gələrdi.

Avropa paytaxtlarında Van Yinin Çinin Rusiya-Ukrayna müharibəsində birincinin məğlubiyyətində maraqlı olmaması fikirinə inanacaqlar. Halbuki bu səmimiyyət avropalı rəsmilərin və diplomatların narazılığına səbəb olacaq. Van Yinin “Çin Rusiyaya hərbi-texniki dəstək vermir” açıqlamasına isə çətin ki, inansınlar. Çinin Rusiyaya birbaşa hərbi texnika göndərdiyi barədə fakt olmasa da, Pekinin qonşu ölkəyə hərbi texnikanın istehsalı üçün gərəkən texnoloji dəstək verdiyinə dair şübhələr mövcuddur.

Bu arada, Vaşinqtonda QUAD ölkələri (ABŞ, Hindistan, Avstraliya və Yaponiya) xarici işlər nazirlərinin görüşü olub. Nazirlər dördlük arasında siyasi və hərbi tərəfdaşlığın gücləndirilməsi mexanizmlərini müzakirə ediblər. QUAD ölkələrini Çinin bölgədə artan hərbi gücü və mineral resurslara nəzarəti gücləndirmək siyasəti narahat edir. QUAD ölkələri xarici işlər nazirləri qəbul etdikləri ortaq bəyanatda mineral resursların tədarük zəncirlərinin “təhlükəsizliyi və diversifikasiyası üzrə əməkdaşlıq” təşəbbüsünü formalaşdırdıqlarını bildiriblər.

Donald Tramp administrasiyası daha çox Rusiya-Ukrayna müharibəsi, İranın uranı zənginləşdirmək və Yaxın Şərq mövzuları ilə məşğul olsa da, Asiyanı da unutmayıb. Təsadüfi deyil ki, Dövlət katibi Marko Rubio Vaşinqtonun diqqətinin Asiyaya çevrildiyini söyləyib. Vaşinqton Çinin artan iqtisadi və hərbi gücü ilə mübarizədə ittifaqları gücləndirməyə qərar verib. Prezident Donald Trampın bu ilin sonuna qədər QUAD ölkələrinə səfər planlaşdırması buna işarədir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
19
axar.az

10Источники