RU

Xose konsertindən sonra çəkiliş qrupuna ödəniş etməyib Videoqraf şikayətçidir

ain.az bildirir, Azxeber.com saytına əsaslanaraq.

Tanınmış reper Elşad Xosenin bir neçə ay öncə Heydər Əliyev Sarayında baş tutan konsertində videoqraf kimi çalışan Rüfət Hüseynov ondan şikayətçidir.

AZXEBER.COM xəbər verir ki, videoqraf video yayımlayaraq iddia edir ki, reper konsertdən sonra onların ödənişini etməyib və telefonlara cavab vermir.

Videoqraf özü və komandasının konsertdə 10 min manatlıq işi 4 min manata gördüyünü və Xosenin də bu məbləğlə razılaşdığını bildirib.

İddiaya görə çəkiliş qrupu işi təhvil versə də, Xose ödənişi etməkdən boyun qaçırıb, telefonlara isə cavab vermir.

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
1
50
azxeber.com

10Источники