Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.
Nərimanov rayonunda yol qəzasında xəsarət alan piyada 2 ay sonra vəfat edib.
"Cebheinfo.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, aprelin 26-sı Cahangir Hüseynov idarə etdiyi “Toyota Prius” markalı avtomobillə hərəkətdə olarkən yolu piyada keçidi olmayan yerdən keçməyə çalışan 1955-ci il təvəllüdlü Xanlar Hüsnü oğlu Qubadovu vurub.
X. Qubadov almış olduğu kəllə-beyin xəsarəti ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, iyunun 29-u saat 05 radələrində müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı Nərimanov RPİ-də cinayət işi başlanıb, istintaq aparılır.
"Cebheinfo.az"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.