RU

“Yaxşıyam, narahat olmayın” - 13 il sonra geri qayıdan hücumçu

“Lill”ə keçən hücumçu Olivye Jiru Fransa klubuna keçidi özü üçün yeni çağırış adlandırıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı forvard bunun bir fürsət olduğunu söyləyib:

“MLS-də oyun tərzi mənə çox uyğun gəlmirdi. 13 ildən sonra Fransaya qayıtmaq fürsət və inanılmaz çağırışdır.

Hiss edirəm ki, fiziki cəhətdən yaxşıyam, narahat olmayın. Mən buna hazıram.

Yaşıma görə özümü yaxşı hiss edirəm və bədənim “dur” deyənə qədər oynamaq istəyirəm. Özümü sınamaq üçün çətinliklərə ehtiyacım var, bu mənim karyeramı irəli aparır. Bu çağırış öz sözünü deyir”.

38 yaşlı hücumçu “Los-Anceles”dən azad agent kimi ayrılıb və Fransa klubu ilə bir illik müqavilə imzalayıb.

Избранный
11
50
sportinfo.az

10Источники