AZ

İlk yarımfinalçı onlar oldu - Klublararası dünya çempionatında

Klublararası dünya çempionatında 1/4 final mərhələsi start götürüb.

Sportinfo.az xəbər verir ki, bu mərhələnin ilk oyununda Braziliya təmsilçisi "Fluminense" Səudiyyə Ərəbistanı "Əl-Hilal"ı ilə qarşılaşıb.

Matç "Fluminense"nin qələbəsi ilə yekunlaşıb.

Braziliya klubu yarımfinalda “Palmeyras” (Braziliya) - “Çelsi” (İngiltərə) duelinin qalibi ilə üz-üzə gələcək.

ABŞ-da təşkil olunan turnirə iyulun 13-də yekun vurulacaq.

“Fluminense” (Braziliya) - “Əl-Hilal” (Səudiyyə Ərəbistanı) - 2:1
Qollar:
Martinelli, 40 (1:0), Markos Leonadro, 51 (1:1), Herkules, 70 (2:1)

Seçilən
25
50
sportinfo.az

10Mənbələr