RU

“Şou biznesin “Diva”sı var, niyə də “Afrodita”sı olmasın?”

Azxeber.com saytına istinadən ain.az xəbər verir.

Yerli şou-biznesdə ulduzu parlayan müğənni Camilla  maraqlı fotosessiyaya imza atıb. 

AZXEBER.COM xəbər verir ki, o, başına tac qoyub obyektiv qarşısına keçib.

"Səsimə və istedadıma çox güvənirəm. Səhnədə olduğum zaman ərzində daim qalmaqaldan, söz-söhbətdən uzaq gəzməyə çalışmışam. Hətta israrla deyirəm ki, bu məndə alınır. Başımda tacla şəkil çəkdirmək komandamın istəyi və ideyası oldu. 

Özüm-özümü tərifləmək istəmirəm. Amma, həqiqətən, Camilla olaraq həmişə seçilmişəm. Heç kimin xətrinə dəymək istəmirəm. Azərbaycanda şou - biznesin divası var, o da Xalq artisti Aygün Kazımovadır. Niyə də bu sahənin "Afrodita”sı olmasın? Məncə, bu tac məndən başqa heç bir xanım müğənniyə yaraşmaz" deyə o iddialı çıxış edib. 

Bundan başqa Camilla bildirib ki, tezliklə şou-biznesi təəccübləndirəcək layihə təqdim edəcək. 

Aysel

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
15
34
azxeber.com

10Источники