RU

ABŞ Patriot raketləri almaq planlarını dörd dəfə artırdı

ABŞ Ordusu “Qızıl Qübbə” müdafiə proqramının həyata keçirilməsi və silah ehtiyatlarının tükənməsi ilə bağlı xəbərlər kontekstində “Patriot” hava hücumundan müdafiə raketlərinin alınması planlarını dörd dəfə artırıb.

Editor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Pentaqonun büdcə təklifində deyilir: “16 aprel 2025-ci ildə Ordu Tələblərinə Nəzarət Şurası (AROCM) PAC-3 MSE satınalma planının 3376-dan 13773 vahidə artırılmasını təsdiqləyib”.

Planların bu qəfil artımının “Qızıl Qübbə” proqramı çərçivəsində raketdən müdafiə sisteminin inkişafına verilən prioritet və arsenalın tez bir zamanda doldurulması zərurəti ilə əlaqədar olduğu təxmin edilir.
Pentaqonun məlumatına görə, 2026-cı ildə “Patriot” raketləri üçün 1 milyard 310 milyon dollardan çox tələb edilib.Bu məbləğin 945 milyon 900 min dolları adi vəsait, 366 milyon dolları isə 96 raketin alınması üçün icbari ödənişlər şəklində olacaq.

Bu 945 milyon 900 min dolların 549 milyon 600 min dolları əsas proqram çərçivəsində 130 raketin alınmasına, 396 milyon 300 min dolları isə Ukraynaya yardım məqsədilə Xaricdə Əməliyyat Xərcləri Fondundan (Operation Atlantic Resolve) 103 raketin alınmasına ayrılıb.

Ballistik və qanadlı raketləri və düşmən təyyarələrini birbaşa zərbə ilə məhv etmək üçün hazırlanmış PAC-3 MSE raketinin orta qiyməti 3 milyon 871 min dollardır.

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp mayın 20-də keçirilən mərasimdə Qızıl Qübbə konseptini rəsmən elan edərək, onu ölkə üçün “keçilməz qalxan” kimi xarakterizə edib. Proqramın bir hissəsi kimi inteqrasiya olunmuş hava və raketdən müdafiə sisteminin inkişafı üçün əlavə 25 milyard dolların ayrılmasını nəzərdə tutan qanun layihəsinin yaxın günlərdə qəbul ediləcəyi gözlənilir.

//Gülnarə Abasova, Editor.az

 

Избранный
56
editor.az

1Источники